- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

İstanbulda keçirilən Türkiyə – Yunanıstan yoldaşlıq oyununda Parisdə terror aktlarının qurbanlarının 1 dəqiqəlik sükutla yad edilməsinin yerli azarkeşlər tərəfindən fitə basılması FIFA-nın diqqətindən kənarda qalmayacaq. Allsport.az xəbər verir ki, bunu Rusiya Futbol Federasiyasının prezidenti və FIFA-nın İcraiyyə Komitəsinin üzvü Vitali Mutko Dövlət Dumasında “hökumət saatı” zamanı deyib.
Onun sözünə görə, stadionlarda irqçilik, ekstremizm, zorakılıq dünya səviyyəli problemdir: “Aydındır ki, bu matç FIFA-nın diqqətindən yayınmayacaq”.
Maraq üçün xatırladaq ki, Bakıda keçirilən Azərbaycan və Moldova yığmaları arasındakı yoxlama oyunundan öncə də sözügedən terror aktı ilə bağlı 1 dəqiqəlik sükut elan olunmuş, amma azərbaycanlı azarkeşlər tərəfindən fitə basılmışdı. İstisna deyil ki, FİFA Türkiyədəki olaya baxarkən, Bakıda baş verənlərə də öz münasibətini açıqlasın.