- Baxış sayı: 49
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 120
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 22-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb. Burada ən maraq doğuran ali futbol qurumunun paytaxtın eyniadlı komandası barədə ölçü götürməsidir.
FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq, bu təşkilatın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsini tələb edib.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edib: 1. Azərbaycan birinci divizionunda çıxış edən “Bakı”nın cari mövsüm hesabından 6 xal silinsin.
Qeyd edək ki, hazırda “zolaqlılar”ın aktivindən cəmdə 15 xal ləğv olunub. Komanda 22 oyundan sonra 8 xalla Birinci divizionda sonuncu pillədədir.