- Baxış sayı: 17
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
Bakı “İnter”i FİFA tərəfindən cəzalandırılıb. Allsport.az xəbər verir ki, dünya futbol qurumu paytaxt klubuna qarşıdakı 2 mövsümdə yeni transferlər həyata keçirməyə qadağa qoyub. “Bankçılar”la bağlı bu qərar hələ mayın 26-da qəbul olunubmuş.
Bu üzdən də qadağa bu yay və qarşıdakı qışa da aid olunmalı imiş. Amma FİFA sözü gedən qadağa ilə bağlı məktubu kluba bu gün – sentyabrın 7-də göndərib. Bu üzdən də yayda edilən transferlərlə bağlı problem olmayacaq. Qadağa isə qarşıdakı iki transfer pəncərəsini – bu qışda və 2017-ci ilin yayında qüvvədə olacaq.
“İnter” bir də 2018-ci ilin yanvar ayından etibarən transfer edə biləcək. Qeyd edək ki, daha öncə UEFA tərəfindən “İnter”in avrokuboklara buraxılmaması barədə qərar qəbul edilmişdi.