FİFA-dan “Xəzər Lənkəran”a daha bir zərbə: yeni transferlər qışadək oynamayacaq!

Bu gün “Xəzər Lənkəran” rəhbərliyi mətbuat konfransı keçirib. Allsport.az xəbər verir ki, həmin toplantıda bəyan olunub ki, FİFA-nın qoyduğu transfer qadağasının müddəti başa çatmayıb.

Daha doğrusu, dünya futbol qurumu həmin müddətin qışda, yəni 2016-cı ilin yanvar ayında başa çatacağını diqqətə çatdırıb. Artıq bununla bağlı FİFA-dan cənub klubuna rəsmi məktub da göndərilib.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu yay Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydini transfer etmişdi. Amma məlum qadağa səbəbindən onların adını iştirak ərizəsinə daxil edə bilmir. Son qərara görə, onlar yalnız qış fasiləsindən sonra cənub klubuna kömək edə biləcəklər.

Həmin kateqoriyadan