- Baxış sayı: 31
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Futbolçular DÇ-2026-nın hər matçında susuzlaşmamaq üçün iki əlavə fasilə alacaqlar.
Allsport.az xəbər verir ki, bu barədə turnirin baş koordinatoru Manolo Zubiriya FİFA-nın rəsmi saytına verdiyi müsahibədə bildirib.
Əlavə fasilələrin üç dəqiqə davam edəcəyi və hava şəraitindən, oyunların yeri və ya vaxtından asılı olmayacağı bildirilir.
DÇ-2026 gələn yay üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin ilk oyunu 11 iyunda, final oyunu isə 19 iyulda baş tutacaq.