FIFA ermənilərin öldürdüyü 13 yaşlı Şəhriyarla bağlı başsağlığı verdi

Yeniyetmə futbolçu Şəhriyar Qurbanovun həlak olması münasibətilə FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub. Allsport.az AFFA-ya istinadən FIFA-dan göndərilən məktubun tərcüməsini diqqətinizə çatdırır:
 
“Şəhriyar Qurbanov xatirəsinə
Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

Həmin kateqoriyadan