- Baxış sayı: 27
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunub.
Allsport.az saytı xəbər verir ki, o, mayın 1-dən müxtəlif regionlar üzrə “FIFA Forward” layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başlayacaq.
Həmyerlimiz yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.