FİFA referimiz “Styaua” – “Viktoriya” matçında

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz çempionlar liqasının 3-cü təsnifatında “Styaua” (Rumıniya) – “Viktoriya” (Çex Respublikası) görüşündə ədaləti qoruyacaq.
Bu görüş iyulun 25-də baş tutacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Həmin kateqoriyadan