FIFA Renat Dadaşovun “ay-ulduzlularımız”da çıxış etməsinə icazə verib

Əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd edib. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar Almaniya Futbol İttifaqı “Boz ev”in sorğusuna cavab verib. Bildirib ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət millisində çıxış etsə də, əsas komandada oynamayıb.

Azərbaycan tərəfi onun müvafiq qaydalara uyğun olaraq, ölkəmiz adından çıxış etməsinə razılıq vermək üçün ali futbol qurumuna müraciət ünvanlayıb. FIFA-nın oyunçuların statusu komitəsinin bizə ünvanladığı məktubda, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FIFA-ya müraciəti təmin olunmağı qeyd edilib və futbolçu qərarı aldığı tarixdən etibarən “ay-ulduzlularımız”da forma geyinmək hüququna yiyələndiyi bildirilib.

Həmin kateqoriyadan