- Baxış sayı: 3
- 26 Noyabr 2024 21:23
- Baxış sayı: 49
- Noyabr 26, 2024
- 0
“Beşikdaş” klubunun prezidenti Fikrət Orman Azərbaycanda yoldaşlıq matçı təşkil etməyə hazırlaşdığını deyib. Allsport.az saytı xəbər verir ki, o bu barədə Türkiyə mətbuata açıqlamasında bildirib:
“Belə bir matç keçirməyi çox istəyirik. Təbii ki, əvvəldən hazırlanmış proqramlar var. “Beşikdaş”ın Azərbaycanda özəl bir matçı var. Hələ tarix tam dəqiqləşməyib. O vaxta qədər biz Antalyada olacağıq. “Bursaspor”un prezidenti Əli Ay da klublarımız arasında yoldaşlıq matçı keçirilməsini təklif edib.
Artıq tarixi dəqiqləşdirmək üçün danışıqlar gedir. İndi də olmasa, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə dönəmində bu matçı keçirəcəyik. Biz də “Bursaspor”un yeni stadionunda oynamaqdan böyük həzz alarıq”.