- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Formula1 Azərbaycan qran-prisinə 50 gün qaldığı ərəfədə Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb. Allsport.az saytı xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim böyük hissəsinin satıldığını qeyd edib:
İndiyədək 52 ölkədən bilet alınıb və ümumilikdə biletlərin 70 faizə yaxını satılıb. Satılan biletlərin 78 faizi xarici ölkələrin payına düşür. Əvvəlki illərlə müqayisədə, bu dəfə Qərbi Avropa ölkələrindən, özəlliklə, böyük britaniyalıların sayında kəskin artım qeydə alınıb.
Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur. Yaxın günlərdə konsert proqramlarının detalları açıqlandıqdan sonra bilet alışlarının daha da intensivləşəcəyi gözlənilir”.
Qeyd edək ki, mükafat yarışına bilet satışı davam edir. Biletlər yerli vətəndaşlara öz qiymətindən 25 faiz ucuza təklif olunur. Buna ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.