- Baxış sayı: 40
- 30 Mart 2026 21:25
- Baxış sayı: 441
- Mart 30, 2026
- 0

“Qarabağ”ın futbolçusu Filip Ozobiç, konfrans liqasının “H” qrupunda Kipr “Omoniya”sına qarşı oyundan əvvəl mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi paytaxtda sabahkı matçla bağlı bunu söyləyib:
“Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 hesabı ilə qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var. Qarşıdakı iki matçda maksimum nəticəyə nail olmaq istəyirik. Daha sonra necə olacağını görəcəyik. Əsas məsələ son 2 matça köklənməkdir”.