- Baxış sayı: 27
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Filip Ozobiç, “Qarabağ”ın heyətində premyer liqada 30-cu dəfə fərqlənib. Allsport.az saytı xəbər verir ki, yubiley qolu 23-cü turda “Şamaxı” ilə matça təsadüf edib.
8:0 hesablı qələbəyə dublla töhfə verən yarımmüdafiəçi öncə 30-cu, ardınca 31-ci topunu vurub. O, “Qarabağ”da keçirdiyi 70-ci çempionat matçında buna nail olub.
Xorvatiyalı legionçu Ağdam klubunun tarixinə ölkə çempionatında 30 və daha çox qol vuran 9-cu oyunçu kimi düşüb. Mütləq rekord 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.
Filip 2018/19 mövsümündə 9, 2019/20 mövsümündə 1, 2020/21 mövsümündə 11, cari çempionatda 10 dəfə fərqlənib.