Filipe Luis qovuldu

“Flamenqo” klubu Karioka liqasının yarımfinalında “Madureyra”nı 8:0 hesabı ilə darmadağın etməsinə baxmayaraq, baş məşqçisi Filipe Luisi istefaya göndərib.

Allsport.az xəbər verir ki, ayrılıq qərarı hələ oyundan əvvəl qəbul edilib.

2024-cü ildən komandaya rəhbərlik edən sabiq futbolçu, karyerası ərzində “Atletiko” (Madrid) və “Çelsi” kimi klublarda çempionluqlar yaşayıb.

“Flamenqo” Filipe Luisin rəhbərliyi altında Libertadores kubokunu, Braziliya “A” seriyasını, kubokunu və superkubokunu qazanıb.

Həmin kateqoriyadan