- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Bu gün “Şamaxı” premyer liqanın 35-ci turunda evdə “Qəbələ” ilə qolsuz heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vüqar Əsgərov bunu dedi:
“Çətin oyun olacağını bilirdik. “Qəbələ” ehtiyatlı oynayırdı. Əks-hücumda çox sürətlidir. Premyer liqada qalmaq üçün, səfərdə “Səbail”ə qalib gəlməliyik.
Bakı klubu son zamanlar yaxşı oyun göstərir. Final görüşündə bütün gücümüzü ortaya qoyacağıq. Əminəm ki, Şamaxı azarkeşləri də paytaxtda komandanı tək qoymayacaqlar”.
Kamran HACI, Şamaxı