- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“”Azərsun arena”dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Komandam bu gün uduzmaq istəmirdi. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi. Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da əla seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 26-cı turunda səfərdə “Qarabağ” ilə oyundan sonra deyib. O, qolsuz başa çatan matçı belə şərh edib: “Vacib oyunlar keçiririk. Kubokun finalında da mübarizəli oyun gözləyirik.
Amma qarşımızdakı rəqib “Qarabağ”dır. Yenə deyirəm, hələlik final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. “Qarabağ”ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq”.