- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi İspaniya super kubokunun yarımfinalında “Osasuna” üzərində qazanılan qələbəni (2:0) şərh edib:
“Oyun maraqlı alındı. Çətin idi. Onlar çox yaxşı bağlanırlar və ən yaxşı müdafiə komandalarından biridilər. Oyunun qəliz olacağını bilirdik. “Osasuna”nı təbrik etməliyik.
Ümumilikdə normal oyun keçirdik. Sevindik, finaldayıq, “el-klasiko” olacaq. Finala çıxmağa layiq idik. Bu, finaldan əvvəl bizə mənəvi dəstək olacaq.
“Real”da hər şey əla gedir, dünən onları çox yaxşı gördüm. Şanslar əllinin-əlliyədir”.
“Real Madrid” və “Barselona” arasında final yanvarın 14-də keçiriləcək, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.