Finlandiya da formula-1 camiyəsinə qoşulur

Finlandiya MotoGP-dən sonra formula-1-i qəbul etmək üçün danışıqlara başlamağa hazırlaşır. Allsport.az saytı f-1.az-a istinadla xəbər verir ki, adı çəkilən Skandinaviya ölkəsi çoxlu pilotları yetişdirsə də, heç vaxt idmanın bu növü üzrə yarışları qəbul etməyib.

Hazırda paytaxt Helsinkidə “The Kymi Ring” trasının tikintisi davam edir. Mütəxəssislər isə trasın formula-1 üçün əlverişli olub-olmadığını yoxlayırlar. Tras artıq 2018-ci il MotoGP təqviminə daxil edilib və gözünü formula-1-ə dikib.

Finlandiya Avtomobil Federasiyasının idman departamentinin rəhbəri Yuhani Pakari deyib ki, MotoGP müqaviləsindən sonra trası formula-1 yarışı üçün əlverişli vəziyyətə gətirəcəyik: “Bundan sonra təqvimə daxil olmaq üçün danışıqlara başlayacağıq. Ümid edirəm ki, işlər qaydasında gedəcək”.

Həmin kateqoriyadan