- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Dünən formula-1 Azərbaycan qran-prisinin sərbəst yürüşləri zamanı sürət həddini pozduğu üçün “Mersedes” komandasının sürücüsü Valtteri Bottas cərimələnib.
Allsport.az saytı xəbər verir ki, finlandiyalı pilot pit-yoluna saatda 90,4 kilometr sürətlə daxil olub. Ancaq burada ən yüksək sürət həddi saatda 80 kilometr müəyyənləşib.
Azərbaycan mükafat yarışının stüardlarının qərarına əsasən, “Mersedes” 1000 avro məbləğində cərimələnib.