“Flamenqo” ona tapşırılır

“Flamenqo” klubu baş məşqçi postuna namizədini müəyyənləşdirib.

Allsport.az xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi portuqaliyalı mütəxəssis Leonardo Jardim ilə müqavilə imzalamağa hazırlaşır.

51 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək nəzərdə tutulan rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir. Jardim bu postda iki gün əvvəl rəhbərliklə yaşanan anlaşılmazlıq səbəbindən komandadan ayrılan Felipe Luisini əvəzləyəcək.

Leonardo Jardim sonuncu dəfə Braziliyanın “Kruzeyro” klubunu çalışdırıb və ötən ilin dekabrında oradan ayrılıb. Karyerası ərzində Fransanın “Monako” klubu ilə qazandığı uğurlarla tanınan portuqaliyalı məşqçi, 2019-cu ildən bəri əsasən ərəb ölkələrinin klublarında fəaliyyət göstərib.

Həmin kateqoriyadan