- Baxış sayı: 3
- 27 Noyabr 2024 10:32
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 6-cı turunda “Qəbələ” ilə oyundan sonra KİV önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, yerli mütəxəssis 1:2 yenildikləri görüş barədə bunu deyib:
“Görüləcək iş çoxdur. Komandanı fiziki və taktiki cəhətdən qaldırmışıq, amma psixoloji baxımdan futbolçular hələ özlərinə gəlməyiblər. Məğlubiyyətdə inamsızlığın da rolu oldu. Ümumilikdə, komandadan razı qaldım. Futbolçularımız oynadılar, mübarizə apardılar.
“Qəbələ” kimi komandaya qarşı hücum futbolu göstərdik. Xüsusilə ikinci hissə komandamızın üstünlüyü şəraitində keçdi. Düzdür, rəqib bir neçə dəfə bizi əks hücumda tutdu, amma qolları məhz müdafiədəki səhvlər nəticəsində buraxdıq.
Çalışacağıq ki, “İnter”lə oyundan sonra çempionatda yaranacaq fasilə ərzində bütün boşluqları aradan qaldıraq. Oyun səviyyəsini yüksəldib, uğurlu nəticələr qazanmalıyıq”.