- Baxış sayı: 27
- 30 Mart 2026 21:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

İyulun 12-də Avropa liqasının 1-ci təsnifatında “Dalğa arena”da Macarıstanın “Uypeşt” klubunu qəbul edəcək “Neftçi” həmin stadionda axşam məşqinə çıxıb.
Allsport.az saytı xəbər verir ki, bütün futbolçuların iştirak etdiyi çalışma texniki-taktikiya həsr olunub.
Hazırlığa bu gün saat 20:00-da “Dalğa arena”da keçiriləcək və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqlə yekun vurulacaq.