- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 502
- Mart 30, 2026
- 0

“Neftçi” yeni hücumçu transfer edib. Allsport.az saytı xəbər verir ki, italiyalı futbolçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlanıb. 31 yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli futbol geyimində çıxış edəcək.
Sonuncu klubu “Novara” (2016-2019) olan Sansone İtaliyanın “Montorio” (2005-2006), “Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lansano” (2009-2010), “Frozinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), “Sampdoriya” (2013-2016), “Bolonya” (2015), “Bari” (2015-2016) klubarında da çıxış edib.