- Baxış sayı: 180
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 180
- Dekabr 05, 2025
- 0

“Neftçi” müdafiəçi Dario Melnyakla yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, bir müddət əvvəl baş məşqçi Elxan Abdullayev tərəfindən əvəzedici heyətə göndərilən xorvatiyalı futbolçu, bu qərardan sonra komandadan ayrılmağa qərar verib.
23 yaşlı arxa xətt oyunçusu məxsus olduğu “Lokeren”ə qayıdıb. Belçikanın Yüksək liqasında mübarizə aparan bu klub Dario Melnyakı “ağ-qaralar”a 1-illik icarə əsasında vermişdi.