Flaqmanda paraqvaylı legionçu

“Neftçi” paraqvaylı yarımmüdafiəçi Dieqo Qabriel Valdez Samudio ilə 1+1 il şərtli müqavilə bağlanıb. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu komandamızın heyətində 6 nömrəli formanı geyinəcək.

O, “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib, Paraqvay millisinin heyətində 1 oyun keçirib.

“Ağ-qaralar” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanare ilə anlaşıb.

Həmin kateqoriyadan