- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Neftçi” konfrans liqasının III təsnifat mərhələsində “Beşikdaş” ilə Bakıda keçiriləcək ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.
Allsport.az saytı xəbər verir ki, bununla bağlı bəyanat yayaraq, hər iki komanda azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və oyun zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görüləcəyini bildirib:
“Bununla əlaqədar həm ölkəmizdə olan, həm də qardaş ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan böyük marağı nəzərə alaraq “Neftçi arena”da keçiriləcək görüşdə İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Beşikdaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə İstanbul təmsilçisinin forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən “Neftçi”yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq”.