Flaqmanın keçmiş prezidenti: “Neftçi” yüksəlişdədir
15 mart 2018 / 23:04 Baxış sayı: 1198 “İdman təşkilatının rəhbəri olaraq nəinki futbolu, bütün idman növlərini izləyirik. “Neftçi” klubu yüksəlişdədir. Buna sevinirəm. Demişdim ki, hər şey yaxşı olacaq. Sadəcə, bir az zamana ehtiyac var”. Allsport.az saytı xəbər verir ki, Cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqov KİV-ə açıqlamasında dedi. Flaqmanın keçmiş prezidenti “Neftçi”yə yeni prezidentı təqdir etdi:
“Kamran Quliyev Azərbaycan futbolunda tanınmış şəxslərdən biridir. O, “Sumqayıt” klubunun da prezidenti olub. Komandaya Tərlan Əhmədov başçılıq edir. Bizim dövrümüzdə məşqçi köməkçisi işləyib. İnanırıq ki, “Neftçi” uğurlarını davam etdirəcək. Son turda “Neftçi”nin “Qarabağ”la oyununu izlədim. Çox xoşuma gəldi.
Komandanın keçmiş baş məşqçisi Böyükağa Hacıyevlə daim maraqlanıram. Onun vəziyyəti yaxşı deyil. Ailəsi ilə tez-tez əlaqə saxlayırıq. Onlarla çox yaxın münasibətimiz var. Onun xəstəliyinin müddət müalicəyə ehtiyacı var. Allahdan ona şəfa diləyirik”.