- Baxış sayı: 19
- 30 Oktyabr 2024 12:58
- Baxış sayı: 57
- Oktyabr 30, 2024
- 0
“Florya Mətin Oqtay təsisləri”ndə özünə aid olmayan 41 hektar ərazini alan “Qalatasaray”ın “Florya” layihəsinin təfərrüatları aydınlaşmağa başlayıb.
Allsport.az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi seçkidən əvvəl üzərində işləməyə başladığı layihədən rekord səviyyədə gəlir gözləyir. Yeni qiymətləndirmə hesabatına görə, “Qalatasaray” rəhbərliyinin bu layihədən gözləntisi 13 milyard Türkiyə lirəsinin üzərindədir. Torpaq üzərində tikiləcək bina layihəsi gəlir bölgüsü və ya mərtəbəli bir model olmadığı üçün gəlirin hamısı “Qalatasaray”a gedəcək.
“Qalatasaray”ın əmlak komitəsindən 1 milyard 171 milyon 800 min türk lirəsinə aldığı 41 hektarlıq ərazinin mənbəyi Mecidiyəkənddəki iqamətgah layihəsindən gəlir.