- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Erzgebirge”də çıxış edən millinin yarımmüdafiəçisi Dmitri Nəzərov müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, keçmiş baş məşqçimiz Berti Foqts ilə əlaqə saxlayıb-saxlamadığı ilə bağlı sualı belə cavablandırıb: “Təəssüf ki, artıq onunla əlaqə saxlamıram. Artıq bir neçə ildir ki, bir-birimizi görmürük. Onu indi futbol stadionundan daha çox qolf meydançaları cəlb edir. Ona görə də daha tez-tez rastlaşmırıq (gülür)”.
Aue klubunun 32 yaşlı kapitanı beynəlxalq arenada unuda bilmədiyi oyunun hansı olduğunu da açıqlayıb: “2017-ci ilin martında Almaniyaya Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq”.