Formula-1-ə görə bu yollarda məhdudiyyətlər olacaq

30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula-1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Allsport.az xəbər verir ki, məhdudiyyətlər 19-21 sentyabrda keçiriləcək Azərbaycan qran prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır.

Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

Həmin kateqoriyadan