Formula-1 Avropa qran-prisinə biletlərin 65 faizini xaricilər alıb

Bakıda keçiriləcək Formula-1 Avropa qran-prisinə hazırlıq işləri yekunlaşmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib.

Qran-priqə təxminən 2 ay vaxt qaldığını bildirən müsahib, trekə asfalt qatının salınmasının əsasən başa çatdığını deyib: “Yalnız Hökumət Evi ilə üzbəüz olan hissə qalıb. Tribunaların, təhlükəsizlik baryerlərinin quraşdırılması nəzərdə tutulub”.

O, bilet satışı haqqında da məlumat verərək bildirib ki, biletlərin 65 faizini xarici azarkeşlər alıb və bu, çox gözəl göstəricidir.

Həmin kateqoriyadan