Formula-1 Azərbaycan qran-prisi kuboku Şuşanın 270 illik yubileyinə həsr olunub

2022-ci il Formula-1 üzrə Azərbaycan qran-prisi qaliblərinə təqdim olunacaq kubok fərqli tərtibatı ilə seçilir. Allsport.az saytı xəbər verir ki, zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovuşması və “Şuşa ili” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (sürücülər üçün 1-3-cü yerlər kuboku və Mühəndizlər kuboku) üzərində mövcuddur.

Yarışın rəsmi mükafatı, həmçinin ölkəmizin mədəniyyət paytaxtı Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub. Kubok iyunun 12-də final yarışından sonra qaliblərə təqdim olunacaq.

Həmin kateqoriyadan