- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Formula 1-də yeni mövsümün iyulun 5-də başlayacaq. Allsport.az xəbər verir ki, təşkilatçılar 8 yarışlıq Avropa təqvimini açıqlayıb.
Plana görə, Avstriya qran-prisi ilə mövsümün açılışı olacaq – 3-5 iyul və 10-12 iyul. Ardınca Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust və 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya (4-6 sentyabr) qran-priləri təşkil olunacaq.
Azərbaycanda keçiriləcək qran-pri ilə bağlı məlumat tam təqvim açıqlanandan sonra bilinəcək.
Formula 1-də mövsüm martda başlamalı idi. Koronavirusa görə, 4 mərhələ ləğv edilib.