- Baxış sayı: 94
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 95
- Dekabr 05, 2025
- 0

FİA prezidenti Məhəmməd bin Sulayem açıqlama verib.
Allsport.az xəbər verir ki, o, Formula-1 yarışlarında Çin komandasını görmək istədiyini bildirib.
“Son iki ildir ki, Formula-1-də böyük ölkələrin iştirakını xəyal edirdim. ABŞ-nin “General Motors”u ilə rəqabət aparacaq, növbəti addımımız Çin istehsalçısını dəvət etməkdir. Mən əvvəldən demişdim ki, bizə qran prilərin sayının az, komandalarının sayının isə çox olması lazımdır. Ona görə də biz “General Motors” və “Kadillak”ı gətirdik. Çoxları buna qarşı idi, lakin bu, idman üçün yaxşı qərar idi”.