- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 141
- Fevral 02, 2026
- 0

Peter Bayer Formula-1-in icraçı direktoru vəzifəsindən istefa verib. Allsport.az saytı xəbər verir ki, o, beynalxalq avtomobil federasiyasında baş katib postunu da tutur. O, 2-ci təyinatını keçən ilin dekabrında almışdı.
Onu müvəqqəti olaraq, 2016-cı ilin ortalarından 2018-ci ilin sonuna qədər FİA-nın hüquq məsələləri üzrə direktoru vəzifəsində çalışmış Şyla-Anne Rao tərəfindən əvəzlənəcək. Son 3,5 il ərzində Peter “Mersedes” şirkətinin baş məsləhətçisi, sonra komanda lideri Toto Volfun xüsusi müşaviri kimi çalışıb.
BAF-ın nüməyəndəsi acıqlama bunları bildirib: ”Peterə son 5 ildə avto idmana verdiyi töhfələrə görə təşəkkür edirik. Kartinqdən sonra, Formula-1 yarışlarına, Ralli dünya çempionatına və bütün növlərdə yarış təhlükəsizliyinin piramidasının yaranmasına eyni zamanda təkmilləşdirilməsinə rəhbərlik etmişdir. FİA ona gələcək işlərində uğurlar arzulayır”.
Aynur MEHDİYEVA