Formula1-də yeni avtomobillər daha ağır olacaq

Yeni texniki reqlamentə həsr olunan təqdimatda Formula 1-in rəhbərliyi bolidlərin çəkilərinin qarşıda gözlənilən artımını şərh edib. Formula1-in 2021-ci il üçün nəzərdə tutulan qaydalarına əsasən, avtomobillərin çəkisi 743 kiloqramdan 768 kq-madək artacaq.

Allsport.az xəbər verir ki, çempionatın rəhbərliyi növbəti çəki artımının səbəbini izah edib. Artım qismən 13 düymlük təkərdən 18 düymlük təkərə keçidlə bağlıdır, bu amil şinlərin çəkisinin artmasına təsirini göstərir.

Bundan başqa, güc qurğuları daha sadə materialların tətbiq olunması nəticəsində təxminən 5 kiloqram ağırlaşacaq. Maşınlarda bəzi standartlaşdırılmış detallardan istifadə ediləcək. Bunlar da əvvəlkilərdən daha ağır ola bilər. Əlavə çəkini təhlükəsizliyi artıran komponentlər də verəcək.

Həmin kateqoriyadan