Formula1-də yeni qaydalar

Formula1 yarışlarının yeni reqlamentində əyləc disklərindən istifadənin yol verilən həddini aşan avtoyürüşçülər start meydanında mövqe tutmaq hüququndan məhrum ediləcəklər.

Allsport.az xəbər verir ki, əyləclərin hər dəsti bir yürüş üçün nəzərdə tutulacaq. Bu limiti aşan yürüşçü birinci dəfə qayda pozuntusuna görə start meydanında üç mövqe, ikinci və hər sonrakı dəfə qayda pozuntusuna görə iki mövqe itirəcək.

Bu halda qabaq və arxa əyləc dəstləri ayrı-ayrılıqda hesaba alınır. Əgər avtoyürüşçü eyni vaxtda həm qabaq, həm də arxa əyləcləri plandan əlavə dəyişməli olarsa, start meydanında 6 mövqe itirəcək.

2021-ci ildən tətbiq ediləcək reqlamentə əsasən, maşınların sürəti azalacaq və yürüşçülər bu dəyişikliyə görə narazı olduqlarını bildiriblər.

Həmin kateqoriyadan