Formula1-in rəhbəri könüllülər və marşallarla görüşüb

Bakı şəhər halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman tədbirlərinin keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransında çıxış etmək üçün paytaxtımıza səfər edən Formula1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri Bakı konqres mərkəzində Azərbaycan qran-prisinin könüllüləri və marşalları ilə görüşüb.

Allsport.az xəbər verir ki, qonaq görüş iştirakçılarına həyat təcrübəsindən danışaraq şəxsi inkişafa dair zəruri məsləhətlər verib. Görüş zamanı yarışın könüllüləri və marşalları Keri ilə sual-cavab edərək beynəlxalq təcrübəli iş adamının biznesə və şəxsi inkişafa dair fikirlərinə, uşaqlıq illərindən etibarən indiyədək yaşadığı önəmli həyat təcrübəsinə yaxından bələd olublar.

BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İrana Əhmədova Formula1-in ali rəsmisi ilə görüşün çox səmərəli keçdiyini bildirib. Görüşdə Formula1 Azərbaycan qran-prisinin 250-yə yaxın könüllü və marşalı iştirak edib.

Həmin kateqoriyadan