Formula-1 pilotları buna görə 120 000 avro cərimələnə bilər

Beynəlxalq avtomobil federasiyası (FİA) Formula-1 də daxil olmaqla müxtəlif seriyaların iştirakçılarına tətbiq olunacaq cəzaları yeniləyib.

Allsport.az xəbər verir ki, yeni qərara görə cəzaları müəyyən edən beş konkret bənd sadalanır.

Qərara əsasən, FİA və ya onun vəzifəli şəxslərinə mənəvi zərər və ya ziyan vurmaq “F” yarımbəndinin pozulmasına səbəb olacaq. Bu, ilk qayda pozuntusuna görə 10 000 avro cərimə ilə nəticələnəcək. Həmçinin qeyd olunub ki, cərimələr yarışın səviyyəsindən asılıdır: Formula-1 üçün onlar dördə vurulur. Beləliklə, Formula-1 pilotu “FIA və ya onun rəsmilərinə mənəvi zərər vurduğuna” görə birinci qayda pozuntusuna görə 40 000 avro, ikinci qayda pozuntusuna görə 80 000 avro cərimələnəcək – əlavə olaraq bir aylıq diskvalifikasiya mümkündür. Üçüncü dəfə bu qayda pozuntusu bir aylıq diskvalifikasiya və qeyri-müəyyən sayda xalların itirilməsi ilə birlikdə 120 000 avro cərimə).

Həmçinin bildirilib ki, bundan sonra nifrətə çağırış, təhqiramiz və ya vulqar ifadələrdən istifadə, eləcə də hər hansı qanunsuz davranışa görə cəzalar tətbiq olunacaq.

Həmin kateqoriyadan