- Baxış sayı: 42
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Bakıda Formula-1 Azərbaycan qran-prisinin pilotları 5 iyun – ümumdünya ətraf mühitin mühafizəsi günündə ağacəkmə aksiyasına qoşulublar.
Allsport.az xəbər verir ki, aksiyada nazirliyin rəsmiləri, Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov və Formula-1 pilotları iştirak ediblər.
Aksiya çərçivəsində Hökumət evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.
Dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il 5 iyun tarixi ümumdünya ətraf mühitin mühafizəsi günü kimi qeyd olunur.
