Formula-1 sürücülərinə siyasi fikir bəyan etmək qadağan edilib

FİA-nın yenilənmiş beynəlxalq idman məcəlləsində federasiyanın əvvəlcədən icazəsi olmadan yarış çərçivəsində idmançılara öz siyasi mövqelərini açıq şəkildə ifadə etmək və müvafiq bəyanatlar vermək qadağan edilib.

Allsport.az xəbər verir ki, Almaniyanın “Mersedes“ komandasının rəhbəri Kristian Torger (Toto Volf) çempionatda mübarizə aparan sürücülərin öz fikirlərini bildirmələrinin məhrum olunması ilə bağlı bunu bildirib:

“Əvvəla, bu qaydanın necə işləyəcəyininin şahidi olmalıyıq. İdman siyasi mübahisə meydanı deyil, əksinə, idman insanları birləşdirməlidir. Fikrimcə, bu qərar ilə FİA yalnız hərəkətlərimizdə daha diqqətli olmağımız üçün nəzərdə tutub.

Məhəmməd bin Sulayem hər dəfə Lüis Həmilton ilə müzakirələr aparanda məsələ müsbət yekunlaşır. Buna görə də mənim fikrimcə, praktikada bu qaydanın tətbiqi indi göründüyü kimi sərt olmayacaq”.

Azərbaycan mükafat yarışı 28-30 apreldə keçiriləcək. Sürücülər 6003-metrlik Bakı şəhər halqasında 51 dövrə vuracaqlar.

Həmin kateqoriyadan