Formula-1 təqvimində rekord! Azərbaycan yenə tarix yazır!

Bu gün “Abşeron” mehmanxanasında Formula-1 yarışı ilə bağlı KİV nümayəndələri üçün tədbir keçirildi. Allsport.az saytının məlumatına görə, Bakı şəhər halqası əməliyyat şirkətinin mətbuat xidmətinin rəhbəri Turab Teymurov toplantı barədə qısa bilgi verdi. Bu mövsüm təqvimdə 24 mükafat yarışı nəzərdə tutulsa da, son anda Çin mübarizədən geri çəkilib. Buna rəğmən, say Formula-1 tarixində rekord həddədir.

Azərbaycan ilk dəfə sprint yarışına da ev sahibliyi edəcək. Fərəhlidir ki, mövsümün ilk belə ötüşməsi bizdən başlayacaq. Təqvimdə cəmi 6 sprint ötüşməsi yer alıb. Bakı şəhər halqasında mücadilə 28-30 apreldə olacaq. İlk rəqabət günündə sərbəst yürüş və sıralama turu, növbətidə 2-ci sərbəst yürüş və sürətli ötüşmə, ayın son bazar günündə qran pri keçiriləcək.

Həmin kateqoriyadan