- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Fevralın 2-də “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti bu ilin yayında Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa qran-prisinin Könüllülər Mərkəzini istifadəyə verib. Allsport.az saytı xəbər verir ki, mərkəzin açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Açılışın əlamətdar günə təsadüf etdiyini diqqətə çatdıran nazir birinci Avropa Oyunlarında könüllülərin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, “Bakı-2015”də əzmkarlıq nümayiş etdirən könüllülər birinci Avropa Oyunlarının iştirakçılarına yüksək qonaqpərvərlik göstərdilər.
Hazırda ölkəmizdə könüllülərlə iş davam etdirilir və Formula-1 üzrə Avropa qran-pri yarışlarında da onlarla sıx əməkdaşlıq qurulacaq. Gələn il ölkəmiz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Könüllülər həmin mötəbər yarışa da cəlb olunacaqlar.