- Baxış sayı: 97
- 12 Dekabr 2025 15:28
- Baxış sayı: 83
- Dekabr 15, 2025
- 0

Azərbaycan qran-prisi çərçivəsində Formula-2 yarışın qalibi müəyyənləşdi. Allsport.az saytı xəbər verir ki, 29 dövrənin yekununda “Prema Racinq”dən Dennis Hauger bütün rəqiblərini ötdü.
Mübarizəyə öncüllük edən “Hiteç Qran-Pri” komandasının üzvü Yuri Vipsin maşını qoruyucu səddə çırpıldığından o, çıxışını başa vura bilmədi.
“Karlin” komandasının pilotu Loqan Sarqeant 2-ci, “MP Motorsport”dan Felipe Druqoviç 3-cü yer tutdular.
Ümumilikdə, 6 sürücü yarışı sonadək davam etdirə bilməyib.