- Baxış sayı: 39
- 20 Mart 2026 22:44
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Bakıda formula-2 üzrə ilk yarışda “PREMA Rasinq” komandasının sürücüsü Şarl Lekler qalib olub. Allsport.az saytı xəbər verir ki, monakolu pilot 1 dəqiqə 54,025 saniyə nəticə göstərib. “Rapaks”ın üzvü Nik de Vris 2-ci, DAMS-ın kanadalı sürücüsü Nikolas Latifi 3-cü olublar.
Yarış başa çatdıqdan sonra mükafatlandırma təşkil olunub. Kubokları Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və olimpiya çempionu Namiq Abdullayev təqdim ediblər.
Qeyd edək ki, f2-nin ikinci yarışı (8-ci mərhələ) iyunun 25-də saat 14:00-da başlayacaq. İkinci yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.