Formula-2 üzrə sərbəst yürüşlərə start verilib

Formula-1 Azərbaycan mükafat yarışı çərçivəsində Bakı şəhər halqasında Formula-2 yarışı üzrə sərbəst yürüşlərə start verilib.

Allsport.az xəbər verir ki, 45 dəqiqə davam edəcək sərbəst yürüşlər başa çatdıqdan sonra saat 12:30-dan 13:30-dək Formula-1 Azərbaycan qran-prisinin ilk sərbəst yürüşü keçiriləcək.

Saat 14:30-da isə Formula-2-nin sıralama turu başlayacaq. 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Bakıda təşkil olunan sonuncu – 2019-cu ildəki Formula-2 üzrə ilk yarışda Cek Aitken (“Campos”) qalib gəlmişdi. Nik de Vries (ART) ikinci, Cordan Kinq (“MP Motorsport”) isə üçüncü yürüşdə fərqlənmişdilər.

Ölkəmiz 2016-cı ildən Formula-1-ə ev sahibliyi edir. Ötən il koronavirus pandemiyası səbəbindən Bakıda yarışlar keçirilməyib.

Həmin kateqoriyadan