- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakıda formula2 üzrə 2-ci yarışa (8-ci mərhələ) yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Pertamina Arden” komandasının fansalı pilotu Norman Nato 40 dəqiqə 37,601 saniyə nəticə ilə yarışın qalibi olub.
Birinci yarışda ilk pillədə qərarlaşan“PREMA Racinq” komandasının monakolu pilotu Şarl Lekler ikinci (40 dəqiqə, 46,318 saniyə), DAMS-ın pilotu Nikolas Latifi isə 3-cü (40 dəqiqə, 49,175 saniyə) nəticə göstərib.
Qaliblərə kubokları Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli təqdim ediblər.
Qeyd edək ki, dünən keçirilən birinci yarışı “PREMA Racinq” komandasının pilotu Şarl Lekler 1-ci, “Rapaks” komandasının pilotu Nik de Vris 2-ci, DAMS-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurub.