- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
27-29 apreldə paytaxtın mərkəzi küçələrində Formula1 Azərbaycan qran-prisi ilə əlaqədar Bakı metropoliteni gücləndirilmiş iş rejiminə keçəcək. Allsport.az saytı xəbər verir ki, təşkilatçıların müraciətinə əsasən, Bakı metropoliteni rəhbərliyi iş qrafikində dəyişikliklər etmək barədə qərar verib.
Məqsəd tamaşaçıların, habelə Dənizkənarı bulvarda təşkil ediləcək əyləncə və istirahətyönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, rahatlığını təmin etməkdir.
Paytaxt metropoliteni Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.