- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı şəhər halqası əməliyyat şirkəti Formula1 Azərbaycan qran-prisinə qeydiyyatlı KİV nümayəndələri üçün ingilis dili kursları təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, kursun keçirilməsində əsas məqsəd azərbaycanlı media işçilərinin ingilis dili bacarıqlarına yiyələnmələri ilə yanaşı mövcud bacarıqların daha da inkişafını təmin etməkdir.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bunun yeni imkanlara yol açacağını bildirib: “Bu təlim daim inkişaf edən idman aləmi, xüsusən də Formula1 haqqında yeniliklər əldə etmək, bu yeniliklər əsasında xəbər hazırlamaq və həmçinin ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının fəal iştirakçısına çevrilmək baxımından yerli media işçilərimiz üçün yeni imkanlar yaradacaq.”
İngilis dili kursuna müraciət prosesinə noyabrın 1-də start veriləcək və bu proses noyabrın 15-dək davam edəcək. Kursa yalnız indiyədək Bakıda baş tutmuş Formula1 yarışlarından hər hansı birində akkreditasiyalı şəkildə iştirak etmiş müxbir və fotoqraflar qatıla bilərlər. Yerlər məhduddur.
Dil kursları bu ilin noyabrın sonunda başlayacaq və 2020-ci ilin martın sonunadək davam edəcək. Qəbul qaydaları və kurs haqqında daha ətraflı məlumat yaxın günlərdə əməliyyat şirkəti tərəfindən açıqlanacaq.