Formula1-in açılışında tamaşaçıları bir sıra sürprizlər gözləyir

Bakı şəhər halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə keçirilən Azərbaycan mükafat yarışının açılışında bir sıra yeniliklərlə əvvəlkilərdən fərqli olacaq.

Allsport.az saytı xəbər verir ki, saat 15:40-da başlayacaq mərasimində əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim ediləcək. Azərbaycan respublikasının dövlət himninin ifası ilə start veriləcək. Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndiriləcək. Himni Azərbaycanın əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslublarda ifa edəcəklər.

Onları əməkdar artistlər – tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə olacaqlar.

Formula1 sürücülərinin paradında pilotları “Gələcəyin ulduzları” adlı azyaşlılar müşayiət edəcəklər.

Həmin kateqoriyadan